22 sentyabr 2011 14:35
Şükürovdan AFFA-ya təşəkkür, XL-a mesaj
“Qəbələ”nin müdafiəçisi Mahir Şükürov onun cəzasının müddətini azaldan AFFA-nın qərarını qiymətləndirib. Azerisport.az xəbər verir ki, bu qərar nəticəsində qarşıdakı turun “Xəzər Lənkəran”la səfər matçında iştirak etmək hüququ qazanan millimizin də şərəfini qoruyan futbolçu bunları dilə gətirib:
“Şadam ki, belə məsuliyyətli oyun öncəsində mənim diskvalifikasiyamı 4 oyundan 3-ə endirdilər. Bunu kimlər edibsə, sağ olsunlar ki, qarşıdakı oyunda meydana çıxmağıma şərait yaratdılar. Bu çətin oyunda komandama kömək etməyə çalışacağam. “Neftçi” ilə oyunda komandaya lider çatışmırdı. Ümid edirəm ki, qarşıdakı oyunlarda belə problemlər olmayacaq. Bu dəfə tamamilə fərqli oyun göstərəcəyik. Əlbəttə, nəzərə alsaq ki, Lənkəranda oynamaq necə çətindi, bunu etmək bizə də asan olmayacaq. Amma əgər biz yüksək yerlərə iddialıyıqsa, “Xəzər Lənkəran”ı məğlub etməyə borcluyuq”.