22 sentyabr 2011 14:43
Süleymanov: Onlar Rəvanla oyuna çıxmasalar, əvəzediciləri buraxacağıq
“Turan”ın prezidenti Musa Süleymanov komanda üzvlərinin Premyer Liqanın qarşıdan gələn “Rəvan”la oyununa çıxmaq istəməməsinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən inanmıram ki, futbolçular “Rəvan”la oyunda çıxmaqdan imtina etsinlər. Pulla bağlı bu problem indi yaranıb. Komandanı belə pis vəziyyətdə qoymaq lazım deyil. Bütün problemlərə rəğmən, futbolçular meydana çıxmalıdılar. Əgər onlar “Rəvan”la oyuna çıxmaqdan imtina etsələr, əvəzediciləri buraxacağıq”.