22 sentyabr 2011 15:09
Rəşad Abdullayev: Çalışıb qələbə qazanacağıq ki...
"Neftçi"nin yarımmüdafiəçisi Rəşad Abdullayev "Bakı" ilə oyun ərəfəsində fikirlərini klubun rəsmi saytına bildirib. Azerisport.az xəbər verir ki, təcrübəli futbolçu paytaxt təmsilçisi ilə qarşılaşmada qələbənin vacibliyindən danışıb.
"Qəbələ" ilə oyunda layiqli qələbə qazandıq. Artıq bütün fikirlərimizi "Bakı" ilə görüşə cəmləmişik. Bu matç komandaların turnir cədvəlindəki mövqeləri baxımından da əhəmiyyətlidi. Həm də bu, paytaxt derbisi sayılır. "Bakı" ilə qarşılaşmada 3 xal əldə etmək çox vacibdi. Çalışıb qələbə qazanacağıq ki, azarkeşlərin qarşısında özümüzü doğruldaq" - deyə Abdullayev vurğulayıb.
