22 sentyabr 2011 15:39
Qurban Qurbanov: Şüvəlana qələbə üçün gedirik
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 7-ci turunun qarşıdan gələn AZAL-la oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizi çox çətin oyun gözləyir. Bir tərəfdən heyətlə bağlı ciddi problemlərimiz var, digər tərəfdən də rəqibimiz çox güclüdü. AZAL öz meydanında çox yaxşı oynayır. Rəqibdən, onun statusundan asılı olmayaraq, hamıya qarşı mübarizə aparmağı bacarır. Bizə gəlincə, AZAL üzərində qazanılacaq qələbə bizim üçün çox vacibdi. Şüvəlana qələbə üçün gedirik”.