22 sentyabr 2011 15:51
Interin yeni baş məşqçisi müəyyənləşdi
İtaliyanın “İnter” klubunun yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra bu Milan klubunu Klaudio Ranyeri çalışdıracaq.
Qeyd edək ki, “İnter” yeni mövsümə çox pis başlayıb. Keçirdiyi oyunlarda qələbəyə həsrət qalan bu klubun rəhbərliyi uğursuzluqdan çıxış yolu kimi baş məşqçi Can Pyer Qasperini qovmaqda gördü. Ötən gün onu postundan uzaqlaşdıran klub prezidenti Massimo Moratti yeni baş məşqçi üçün çox düşünməyib.
O, əsas namizədlərdən olan Ranyeri ilə razılığa gəlib. Qeyd edək ki, Ranyeri ilə yanaşı, “İnter”i Delio Rossi və Luis Fiqunun da çalışdırması istisna olunmurdu.
Xatırladaq ki, Ranyerinin son iş yeri “Roma” olub. O, ötən mövsümün sonlarında paytaxt klubunun baş məşqçisi postundan istefa vermək məcburiyyətində qalmışdı.
