22 sentyabr 2011 16:46
Aleksandr Şoliç: Belə komandalara qarşı oynamağı sevirəm
“Bakı”nın yarımmüdafiəçisi Aleksandr Şoliç Premyer Liqanın 7-ci turunun “Neftçi” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Sabaha sizi “Neftçi” ilə çətin oyun gözləyir...
- “Neftçi”nin “Qəbələ” ilə oyununa baxmışam. Bu komanda “Bakı”ya oxşayır. Onların da əla heyətləri var, çempionluğa oynayırlar. Hesab edirəm ki, bu dəfəki paytaxt derbisi texnikalı oyunla seçiləcək. Futbolçular daha çox fərdi, texnikalı oyuna üstünlük verəcəklər. Belə komandalara qarşı oynamağı sevirəm. “Neftçi” həmişə özü də oynayır, rəqiblərinə də oynamaq imkanı verir. Kimin qələbə qazanacağını oyundan sonra biləcəyik.
- Rəqib düşərgədən kimin oyununu xüsusi qeyd edərdiniz?
- Hamıdan çox Slavço Georgiyevskinin çıxışı ürəyimcədi. O, meydanda çox iş görür. Ağıllı futbolçudu. Topa daha çox nəzarət edir, “Neftçi”nin hücumlarında da fəal iştirak edir. Əlbəttə, bir futbolçu ilə oyun qurulmur. Bizə bütöv komandaya qarşı mübarizə aparmaq lazımdı.

- “Neftçi”ni nə dərəcədə yaxşı tanıyırsız?
- Bu komanda əsas rəqiblərimizdəndi, son çempiondu. Amma biz onlara qarşı ancaq qələbə üçün mübarizə aparacağıq. “Bakı” onsuz da çox xal itirib. Bundan sonra hər xal uğrunda mübarizə aparmalıyıq.

- “Turan”la oyunda yenə penaltidən yararlana bilmədiniz. Bu, nə ilə bağlıdı?
- Bilmirəm. Amma artıq neçənci dəfədi belə uğursuzluqla üzləşirik. Belə olanda psixoloji təzyiq də artır və qələbə qazana bilmirik. Artıq qol vurmağa başlamışıq, ardıcıl ikinci qələbəni qazandıq. Amma penalti vurmaqla bağlı problem hələ də qalır. Məşqlərdə gərək bunun üzərində xüsusi işləyək.

- Amma “Turan”la oyunda qələbə çox çətinliklə qazanıldı...
- Mən “Bakı”nın oyunundan razı qaldım. Bu oyunlarda qazanılan xallar bizim üçün çox vacibdi. Axı biz çempion olmaq istəyirik. Buna görə hər oyuna yüksək motivasiya ilə çıxmalıyıq. Tovuzda birinci hissəni yaxşı keçirdik. İkinci hissədə isə daha bir qol vuraraq, qələbəmizə şübhə yeri qoymadıq. Qarşıda bizi daha çətin oyunlar gözləyir.
- Yeri gəlmişkən, növbəti turda da penalti qazansaz, kim yerinə yetirəcək?
- Mən. Təbii ki, baş məşqçi razılıq versə, nöqtəyə mən yaxınlaşacağam. Bundan problem görmürəm. Mən bir penaltini vura bilməmişəm. Amma buna görə özümü günahlandıra bilmərəm. Hesab edirəm ki, penaltini vurmağa hazıram. Odu ki, “Neftçi” ilə oyunda penalti olsa, 11 metrliyə özüm yaxınlaşacağam.