22 sentyabr 2011 17:08

“Gələcəkdə biz daha məzmunlu və gözəl futbol sərgiləyə bilərik”

"İnter"in gənc futbolçusu Şəhriyar Rəhimov AZAL-la keçirilən görüş barədə danışıb. Azerisport.az xəbər verir ki, o, Premyer Liqanın 7-ci turu çərçivəsində "Kəpəz"lə keçiriləcək oyun barədə də öz fikirlərini bölüşüb.
 
- 6-cı turda komandanız AZAL-la qarşılaşdı. Bu görüş barədə sənin fikirlərini öyrənmək istərdik...
- Bu görüş bizim üçün çox çətin alındı. AZAL-la oyun bizim üçün çox vacib qarşılaşma idi. Birinci hissədə biz çox gözəl oyun sərgilədik və bir neçə qol epizodu yarada bildik, lakin çox təəssüf ki, bu epizodlardan istifadə edə bilmədik. İkinci hissəyə komandamız çox uğursuz başladı, bunun nəticəsində rəqib qol vurdu. Amma sonra təşəbbüsü ələ almağı bacardıq və hesabı bərabərləşdirməyə nail olduq.
 
- Növbəti turda "İnter"i "Kəpəz"lə oyun gözləyir. Bu görüş barədə nə deyə bilərdin?
- Bu görüşə ancaq qələbə əzmiylə çıxacağıq. Qeyd etmək istərdim ki, bu turda əsas rəqiblərimiz və çempionluğa əsas namizdlər öz aralarında  qarşılaşırlar. Biz də "Kəpəz"i məğlub edərək həm xal ehtiyyatımızı yüksəlmək, həm mövqemizi yaxşılaşdırmaq, həm də liderlərə yaxınlaşmaq istəyirik.
 
- Bilmək istərdik,komanda bu qarşılaşmaya necə hazırlaşır?
- Hər zaman olduğu kimi, yaxşı hazırlaşırıq. Məşq edirik və məşqçinin tapşırıqlarını yerinə yetiririk.  İnşallah oyuna hazır çıxacağıq.
 
- Uğursuz startdan sonra komanda tədricən özünə gəlməkdədi. Sənin fikirincə, gələn oyunlarda "İnter" bundan da yaxşı oyun sərgiləyə biləcəkmi?
- Əlbəttə. Biz irəlidə daha yaxşı oynaya bilərik, ona görə ki, futbolçular bir yerdə nə qədər çox oyun keçirərlərsə, o qədər də onlar arasında olan anlayış artır. Gələcəkdə biz daha məzmunlu və daha gözəl futbol sərgiləyə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.