22 sentyabr 2011 17:34
Turanın oyunçuları sabah meydana çıxacaqlar, amma...
Futbol üzrə Azərbaycan Premyer Liqasının 7-ci turunun “Turan” – “Rəvan” oyunu baş tutacaq. Azerisport.az saytına bu barədə Tovuz klubundan məlumat verilib.
Qeyd edək ki, iki aydı maaşlarını ala bilməyən futbolçular bu qarşılaşmaya çıxmayacaqlarını bəyan etmişdilər. Amma bu gün komandanın iclası keçirilib. Məhz bu toplantıda qərara alınıb ki, “Rəvan”la görüş keçirilsin. Bu, baş məşqçi Əsgər Abdullayevin futbolçulardan xahişi nəticəsində mümkün olub. O, azarkeşlərin xətrinə bu ev oyununu yola verməyi xahiş edib ki, futbolçular da sabah keçiriləcək görüşdə iştiraka razılıq veriblər və tətil qərarı ləğv olunub.
Lakin görüşdə o da qərara alınıb ki, klub rəhbərliyi futbolçuların borclarını ödəməsə, onlar “Rəvan”la oyundan sonra komandanın sıralarını tərk edəcəklər.Yəni istənilən halda hər şey “Turan”ım dağılmasına doğru gedir.
