24 sentyabr 2011 20:50
İnter yenə xal itirdi, Qarabağ və Simurq qələbə qazandı (YENİLƏNİB)
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci turun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, ilk oyun günündə olduğu kimi, son gündə də 3 qarşılaşma keçirilib.
Meydana öncə autsayderlər qrupunda qərarlaşan “Sumqayıt Şəhər”lə “Simurq” çıxıb. Meydan sahibləri bu qarşılaşmada ilk qələbəsini rəsmiləşdirməyə çalışsalar da, istəklərinə çata bilməyiblər. Əksinə, Zaqatala təmsilçisi vurduğu erkən qol sayəsində ardıcıl ikinci qələbəsini rəsmiləşdirib. AZAL doğma meydanda “Qarabağ”ı qəbul edib. Qarşılaşmada hesabı meydan sahibləri açsa da, sonra hər şey tam fərqli məcrada davam etməyə başlayıb. Qalan dəqiqələrdə 3 qol vuran ağdamlılar nəhayət ki, qələbə sevinci yaşayıblar. “İnter” isə “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma qolsuz heç-heçə ilə bitib.
Premyer Liqa
7-ci tur
24 sentyabr (şənbə)
İNTER - KƏPƏZ - 0:0 (0:0)
Hakimlər: Rəhim Həsənov, Aleksandr Musatkin, Knyaz Əmiraslanov, Fariz Yusifov.
Bakı. "Şəfa" stadionu.
Oyun başladı
Meydan sahibləri hələlik daha fəaldılar
2. A.Məmmədov sağ cinahla irəliləyib asma etsə də ötürməsi ünvansız olur
4. Ş.Rəhimovun ötürməsindən sonra K.Kolesnikov topu tutur
7. S.Zərgərovun cərimə meydançasına ötürməsinin qarşısını müdafiəçilər alır
12. Y.Fomenkonun başla zərbəsindən sonra top qapı tirinə dəyib meydandan çıxır
19. "İnter" cərimə zərbəsi yerinə yetirir. V.Abramidzenin zərbəsi qapının üstündən keçir
25. Oyun əsasən meydanın mərkəzində gedir,qapılar qarşısında təhlükə yoxdu
26. A.Qayın ara ötürməsindən sonra D.Parxaçov oyundan kənar vəziyyətə düşür
29. "İnter"in əks hücumu zamanı A.Məmmədovun sağ cinahdan ötürməsi K.Kolesnikova qismıt olur
35. V.Abramidzenin uzaqdan zərbəsindən sonra top qapının üstündən keçir
37. P.Zlatinovun asmasından sonra B.Çervenko başla zərbə endirsə də, K.Kolesnikov topu tutur
40. J.Suares və P.Zlatinov mübahisə etdikləri üçün sarı vərəqə ilə cəzalanırlar
41. A.Məmmədovun sağ cinahdan ötürməsindən sonra B.Çervenkonun zərbəsi qapının üstündən keçdi
42. Kobud oyuna görə Ş.Rəhimov sarı vərəqə ilə cəzalanır
44. A.Məmmədovun uzaqdan zərbəsi qapının üstündən keçir
45+1. "Kəpəz"in künc zərbəsindən sonra G.Lomaya topu yumuruqları ilə cərimə meydançasından uzaqlaşdırır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. A.Feutçinenin zərbəsini G.Lomaya tutur
51. V.Abramidzenin başla zərbəsini K.Kolesnikov dəf edir
54. "İnter"in hücumları səngimək bilmir,lakin son nöqtəni qoyan oyunçu tapılmır
54. "İnter"də oyunçu dəyişikliyi. İ.Kandelakinin əvəzinə meydana A.Daşdəmirov daxil olur
57. A.Məmmədovun sağ cinahdan ideal ötürməsinə G.Karlson ayaq qoya bilmir
58. "Kəpəz" cərimə zərbəsi yerinə yetirir. Qapı qarşısına asma zamanı G.Karlson topu başla uzaqlaşdırır
60. D.Parxaçovun zərbəsini G.Lomaya kornerə çıxarır
64. A.Məmmədovun cərimə zərbəsindən ötürməsinə toxunan tapılmır
66. "İnter"də oyunçu dəyişikliyi: S.Zərgərovun əvəzinə meydana N.Hacıyev daxil olur
69. "Kəpəz" cərimə zərbəsi yerinə yetirir. Qapıya zərbə... Lomaya yerindədi
72. A.Məmmədovun sağ cinahdan asmasına toxunan olmur
75. "İnter"də sonuncu oyunçu dəyişikliyi: P.Zlatinovun əvəzinə meydana B.Sxadadze daxil olur
79. Y.Fomenkonun zərbəsindən sonra top müdafiəçiyə dəyib meydanı tərk edir
81. J.Suaresin zərbəsi qapıdan azca aralı keçir
85. "Kəpəz"də oyunçu dəyişikliyi. D.Parxaçovun əvəzinə meydana S.Allahquliyev daxil olur
87. Ş.Kərimov kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
90. Oyunun əsas vaxtına üç dəqiqə əlavə olunur
Matç başa çatdı
AZAL - QARABAĞ - 1:3 (1:2)
Qollar: G.Boqyu, 3 (1:0), B.Arsenyeviç, 15-öz qapısına (1:1), G.Adamiya, 21 (1:2), G.Adamiya, 77 (1:3).
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Elşən Acalov, Rauf Cabbarov
Bakı. AZAL stadionu.
Oyun başladı
3. Georgi Boqyu dəqiq zərbə ilə hesabı açır - 1:0
Georgi Adamiya hesabı bərabərləşdirməyə yaxın olsa da, bundan yararlana bilmir
Boqyu da dubla imza atmağa yaxın idi
15. Bronislav Arsenyeviç avtoqola imza atır - 1:1
21. Vüqar Nadirovun ötürməsini lazımınca dəyərləndirən Adamiya komandasına əzmkar qələbə qazandırır - 1:2
Nuqzar Kvirtiya komandasını real qoldan xilas edir. O boş qapıya gedən topu kənarlaşdıra bilir
"Qarabağ" artıq tamamilə üstünlüyü ələ alıb
Meydan sahibləri hesabı bərabərləşdirməyə çalışırlar
Birinci hissə başa çatdı
İkinci hissə başladı
AZAL fasilədən sonra ikinci qolu vurmaq üçün irəli atılıb
Arsenyeviç az qala "avtodubl"a imza atacaqdı. Amma onun bu dəfəki tərs zərbəsi qapıdan aralı keçir
Oyun qarşılıqlı hücumlar şəraitində keçsə də, ciddi qol vəziyyətləri yaradan yoxdu
Roşa meydan sahiblərini daha bir dəfə cəzalandırmağa yaxın olsa da, şansından yararlana bilmir
İbekoyi də qonaqları cəzalandırmaq şansına malik olduğu halda, qapıya dəqiq zərbə endirə bilmir
77. Georgi Adamiya özünün ikinci, komandasının üçüncü qolunu vurur - 1:3
82. Georgi Adamiya 2-ci sarı/qırmızı vərəqə alaraq meydandan qovulur
Matç başa çatdı
SUMQAYIT ŞƏHƏR - SİMURQ - 0:1 (0:1)
Qol: R.Poşkus, 10 (0:1).
Hakimlər: Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Ramil Əhmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.
Oyun başladı
4. Meydan sahibləri oyuna daha fəal başlayıblar
5. Emin Mustafayevin qapıya təhlükəli zərbəsini Adnan Hodziç kornerə çıxarır
6. Sumqayıtlıların korneri uğursuz alınır
7. Qonaqların ilk təhlükəli hücumu: Robertas Poşkusun təhlükəli ötürməsini Yevgeni Şmakov başla tamamlasa da, azacıq dəqiqlik çatışmır
9. Zaqatala klubunun daha bir təhlükəli hücumu zamanı Andrey Popoviç çıxışda səhvə yol versə də, rəqib oyunçular əlverişli vəziyyətdə fərqlənə bilmirlər
10. Müdafiəçilərin kobud səhvindən istifadə edən Poşkus bir toxunuşla topu qapıdan keçirir - 0:1
21. Poşkusun iti bucaq altından zərbəsini Popoviç qaytara bilir
24. Mahmud Qurbanovun zərbəsi qapının üstündən keçir
25. SŞ hücuma atılsa da, hələlik heç nə edə bilmir. Qonaqlar isə artıq əks-hücumlarda rəqibi yaxalamağa çalışır
30. Meydan sahibləri oyuna nəzarət edən tərəfdi, amma "Simurq" onların təhlükəli qol vəziyyətləri yaratmasına imkan vermirlər
35. Hodziç meydan sahiblərinin hücumu zamanı çıxışda inamsız oynasa da, sumqayıtlılar onun kobud səhvindən yararlana bilmirlər
40. Kamil Nurəhmədov kobud oyuna görə sarı vərəqə ilə cəzalanır
44. Meydan sahiblərinin qol vurmaq üçün daha bir cəhdi faydasız qalır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
51. Rasim Ramaldanov künc nöqtəsindən göndərilən topu qapıya ünvanlasa da, son anda müdafiəçi topu geri qaytarır
57. "Simurq"da Yevgeni Şmakovun əvəzində meydana Mikayıl Rəhimov çıxır
59. Murad Səttarlının uzaqdan zərbəsi zamanı "Simurq"u qoldan dirək xilas edir
60. Andrey Rubini Əli Bağırov əvəzləyir
65. Oyuna nəzarət meydan sahiblərinin əlində olsa da, nəticə dəyişmir
68. "Simurq"da Qərib İbrahimovu Kristap Qrebis əvəzləyir
70. Mikayıl Rəhimov az qala meydan sahiblərini ikinci dəfə üzəcəkdi. Qapı tiri onun sevincini gözündə qoyur
73. SŞ-də Emin Mustafayevi Eşqin Quliyev əvəzləyir
74. "Simurq" daha bir əlverişli qol imkanını əldən verdi
76. Qonaqların qapıçısı Hodziç zədələndiyi üçün matçda fasilə yaranıb
78. Popoviç qonaqların çox təhlükəli hücumu zamanı inamlı oyunla qola imkan vermir
87. M.Qurbanovun uzaqdan zərbəsi qapının üstündən keçir
90. Əli Bağırovla Eldar Məmmədov sarı vərəqə ilə cəzalanır
Matçın əsas vaxtına 5 dəqiqə əlavə olunur
90+3. Hodziç yenidən yerə uzanır və həkimlərin yardımından sonra matça davam edir
90+6. Poşkus qapıçıyla üz-üzə qalsa da, zərbəsi qapının üstündən keçir
Matç başa çatdı
Qeyd edək ki, turun digər görüşləri ilk oyun günündə keçirilmişdi: Turan - Rəvan - 0:1, Neftçi – Bakı - 1:0, Xəzər Lənkəran - Qəbələ - 2:1.
|
1
|
XL
|
7
|
6
|
1
|
0
|
13-4
|
19
|
|
2
|
Neftçi
|
6
|
4
|
0
|
2
|
9-4
|
12
|
|
3
|
Bakı
|
7
|
3
|
2
|
2
|
8-6
|
11
|
|
4
|
Qəbələ
|
7
|
3
|
2
|
2
|
7-7
|
11
|
|
5
|
İnter
|
7
|
3
|
2
|
2
|
5-5
|
11
|
|
6
|
Qarabağ
|
6
|
3
|
1
|
2
|
6-4
|
10
|
|
7
|
Kəpəz
|
7
|
3
|
1
|
3
|
13-12
|
10
|
|
8
|
AZAL
|
7
|
2
|
2
|
3
|
10-12
|
8
|
|
9
|
Simurq
|
7
|
2
|
2
|
3
|
6-8
|
8
|
|
10
|
Rəvan
|
7
|
1
|
3
|
3
|
7-9
|
6
|
|
11
|
Turan
|
7
|
2
|
0
|
5
|
6-10
|
6
|
|
12
|
SŞ
|
7
|
0
|
2
|
5
|
2-11
|
2
|
Bombardirlər:
4 qol - Sergey Artyux (Turan), Yuri Fomenko (Kəpəz).
3 qol - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi).
