22 sentyabr 2011 19:34
Azarkeşlər Səmədovu yığmaya çağırdılar (FOTO)
Rusiyanın “Dinamo” (Moskva) klubunun azarkeşləri komandanın əslən azərbaycanlı futbolçusu Aleksandr Səmədovu yığmada görmək istəyirlər. Azerisport.az xəbər verir ki, onlar ötən gün keçirilən Rusiya kubokunun 1/8 final mərhələsinin “Dinamo” – “Anji” (1:0) oyunu zamanı bu məqsədlə banner də hazırlayıblar – “Səmədov yığmaya”. Qeyd edək ki, yığmamızdan da dəvət alan Səmədov özü Rusiya seçməsində çıxış etməyi arzulasa da, ruslar onun xidmətində maraqlı deyillər.
