23 sentyabr 2011 00:03

Zirvə döyüşü, paytaxt derbisi və debüt

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 7-ci tura start veriləcək. Azerisport.az xəbər verir ki, həmişəkindən fərqli olaraq, bu tur şənbə yox, bir gün öncədən başlayacaq. Lakin ənənəvi olaraq yenə 3 qarşılaşma ilk, qalanları isə ikinci oyun günü baş tutacaq.
 
Tura Tovuzda keçiriləcək “Turan” – “Rəvan” oyunu ilə start veriləcək. Məlum olduğu kimi, bu görüşün keçirilməsi böyük sual altında idi. Çünki “Turan” rəhbərliyi futbolçularının maaşını vermədiyindən, komanda üzvləri bu oyuna çıxmayacaqlarını bəyan edirdilər. Artıq bu oyun öncəsi məşqlərə də çıxmayan futbolçular “Qəbələ” (1:2) və “Bakı” ilə qarşılaşmalar ərəfəsində də eyni iddia ilə çıxış etsələr də, son anda oyunlar baş tutmuşdu. Ötən gün baş tutan komanda daxili toplantıda baş məşqçi Əsgər Abdullayev azarkeşlərin xətrinə “Rəvan”la ev oyununa da çıxmağı xahiş edib. Bu matçdan sonra isə futbolçuların klubla yollarını ayıracaqları iddia olunur. Təbii ki, rəhbərlik onların tələblərini yetirməyəcəyi halda.
 
Oyuna gəlincə, “Turan” sonuncu “Bakı” ilə qarşılaşma istisna olmaqla bu mövsümkü ev oyunlarında qələbə qazanıb. Autsayderlər qrupunda qərarlaşan rəqiblə görüşdə də onların qələbə qazanmasını gözləmək olar. Ən azı rəhbərlik qarşısında onların tələbənin yerinə yetirilməməsinin ədalətsizlik olduğunu isbatlamaq üçün. Lakin “Rəvan” da Tovuza məğlubiyyət dalınca getmir. Son turun “Sumqayıt Şəhər”lə oyununda da qələbəyə həsrət qalan (0:0) debütant bu uğursuzluğun ardından baş məşqçi Bəhmən Həsənovu istefaya göndərdi. Onun vəzifələrini müvəqqəti olaraq Vladislav Qədirov həyata keçirəcək ki, futbolçular yeni baş məşqçinin etimadını qazanmaq üçün “Turan”la görüşdə özlərini göstərməyə çalışacaqlar. Hansı ki, bu oyun Qədirov üçün bu komanda ilə debüt matçı olacaq.
 
Son çempion “Neftçi”ni bu tur “Bakı” ilə paytaxt derbisi gözləyir. İki oyunluq məğlubiyyət seriyasının ardından sonra ötən tur “Qəbələ”yə qalib gələn “ağ-qaralar” bu uğurun davamını gətirməyə çalışacaqlar. Belə olan halda “Neftçi” ən azı paytaxtın eyni adlı klubunu qabaqlamış olacaq. “Zolaqlılar” da son iki oyunda qələbə qazandıqlarından mövsümün startındakı uğursuzluqları unutdurmuş kimi görünürlər. Aleksandr Starkovun komandası əsas rəqiblərinin üz-üzə gəldiyi turda ikinci pillədəki mövqeyini möhkəmləndirmək üçün mütləq çempiona qalib gəlməlidi. Hər halda paytaxt derbisinin maraqlı və gərgin keçəcəyini gözləmək olar.
 
İlk oyun gününün digər maraqlı duelində isə liderlər – “Xəzər Lənkəran”la “Qəbələ” üz-üzə gələcək. Oyunun Lənkəranda keçirilməsi şübhəsiz meydan sahiblərinə əlavə üstünlük qazandırır. Mirça Rednikin komandası tarixində cəmi bircə dəfə ev oyununda uduzduğu “Qəbələ”ni yenməklə zirvədəki yerini daha da möhkəmləndirməyi, əsas rəqiblərindən uzaqlaşmağı hədəfləyir. Lakin şübhəsiz cari mövsümdə qarşısına yüksək hədəflər qoyan Toni Adamsın komandası da Lənkərana məğlub olmaq üçün getmir. Ötən tur “Neftçi” ilə oyunda ilk məğlubiyyətini yaşayan Qəbələ təmsilçisi indi mövsümün yeganə yenilməzinə qarşı layiqli mübarizə aparmağı hədəfləyir. Bu oyun öncəsi komandanın aparıcı üzvlərindən Mahir Şükürovun diskvalifikasiyası ləğv olunduğundan, onun sıraya dönməsi qonaq düşərgədə ən sevindirici məqamlardandı.
 
Son oyun gününə isə “Sumqayıt Şəhər” – “Simurq” görüşü ilə start veriləcək. Yeni mövsümün qələbə üzünə həsrət iki komandasından biri olan Sumqayıt təmsilçisi digər autsayderlə dueldə bu arzusunu reallaşdırmağa çalışacaq. Son turda “Rəvan”la sülh bağlayan Bernard Raabın yetirmələri turnir cədvəlinin son pilləsində daha da möhkəmlənməməyi arzulayırlarsa, Zaqatala klubunu mütləq məğlub etməlidilər. Əks halda Sergey Yuranın komandası ötən tur qazandığı “Kəpəz” üzərindəki qələbənin davamını gətirərək təhlükəli zonadan uzaqlaşa bilər.
 
Son turda məhz “Simurq”a yenilən “Kəpəz” isə “İnter”in qonağı olacaq. Xüsusilə, “Bakı” üzərində qazandığı qələbə (3:0) ilə özündən söz etdirməyi bacaran Mehman Allahverdiyevin komandasının Zaqataladakı uğursuzluğu bir qədər gözlənilməz oldu. Amma Gəncə klubunun üzvləri özləri də etiraf edirlər ki, onlar zəif klublara qarşı yaxşı motivasiya ola bilməsələr də, güclü rəqiblərlə oyunlara tam fərqli köklənirlər. Bu üzdən də gəncəlilərin paytaxt təmsilçisi ilə dueldə sensasiyaya imza atıb-atmayacağı maraqla gözlənilir. Bu görüş ərəfəsində “Gəncə”nin lideri Ceyhun Sultanovun cəzalı olması bölgə təmsilçisinin düşərgəsində narahatlıq doğuran məqamlardandı. “Bankirlər”in düşərgəsində isə Georgi Lomayanın bu oyunu buraxması təhlükəsi var.
 
Nəhayət, turun son oyun gününün ən prinsipial matçında “Qarabağ” səfərdə AZAL-ın qonağı olacaq. Qeyri-sabit çıxışı ilə seçilən komandaların dueli maraqla gözlənilir. Doğma meydan amili “təyyarəçilər”ə müəyyən üstünlük qazandırır. Amma nəzərə alsaq ki, yaxşı qazonda “Qarabağ”ın özünəməxsus texnikalı oyununu sərgiləməsi daha asan olacaq, bu amilin kimin xeyrinə olacağını oyundan sonra müzakirə etmək daha yaxşı olardı. Son üç oyununda cəmi 1 xal qazanan, əsas rəqiblərinə uduzan “Qarabağ” ötən tur daha bir zərbə aldı. Komandanın aparıcı hücumçusu Rauf Əliyev uzun müddətə sıradan çıxdı. Amma onun əvəzində digər zədəlilərdən sıraya dönənlər var. Hər halda bu görüşün də maraqlı idman mübarizəsi şəraitində keçəcəyini gözləmək olar.
 
Premyer Liqa
7-ci tur
23 sentyabr (cümə)
 
Turan - Rəvan
Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Rza Məmmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Tovuz. Şəhər stadionu. Saat 16:00.
 
Neftçi - Bakı
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor:Nüvər Xasıyev.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18:00.
 
Xəzər Lənkəran - Qəbələ
Hakimlər: Ramil Diniyev, İlham Əliyev, Vaqif Musayev, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 18:30.
 
24 sentyabr (şənbə)
 
Sumqayıt Şəhər - Simurq
Hakimlər: Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Akif Məmmədov.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 15:00.
 
AZAL - Qarabağ
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Elşən Acalov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. AZAL stadionu. Saat 18:00.
 
İnter - Kəpəz
Hakimlər: Rəhim Həsənov, Aleksandr Musatkin, Knyaz Əmiraslanov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Bakı. "Şəfa" stadionu. Saat 19:00.
 
 
1
XL
6
5
1
0
11-3
16
2
Bakı
6
3
2
1
8-5
11
3
Qəbələ
6
3
2
1
6-5
11
4
İnter
6
3
1
2
5-5
10
5
Neftçi
5
3
0
2
8-4
9
6
Kəpəz
6
3
0
3
13-12
9
7
AZAL
6
2
2
2
9-9
8
8
Qarabağ
5
2
1
2
3-3
7
9
Turan
6
2
0
4
6-9
6
10
Simurq
6
1
2
3
5-8
5
11
Rəvan
6
0
3
3
6-9
3
12
SŞ
6
0
2
4
2-10
2
 
Bombardirlər:
4 qol - Sergey Artyux (Turan), Yuri Fomenko (Kəpəz).
3 qol - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.