22 sentyabr 2011 11:28
“Problemlər davam edəcəyi halda özümüz çempionatdan imtina edəcəyik”
“Turan”ın yarımmüdafiəçisi Romal Hüseynov azerisport.az saytına müsahibəsində bölgə klubunda yaranan acınacaqlı durumdan danışıb.
- Niyə “Turan”da həmişə belə maliyyə problemləri yaranır?
- Ona görə ki, kasıb komandadı. Maliyyə problemləri həmişə qalır. Klubun vitse-prezidenti ilə telefonla danışdıq və bildirdik ki, əgər maaşımızı almasaq, meydana çıxmayacağıq. O bildirdi ki, hər şey yoluna qoyulacaq. Ancaq bu sözləri artıq bir neçə həftədi eşidirik. Avqust ayından etibarən heç bir futbolçu pul ala bilmir. Sentyabr başa çatır, amma biz heç avqustun pulunu ala bilməmişik. Bizim tələbimiz aydındı. PFL-dən və digərlərindən dəstək gözləyirik.

- Mətbuatda belə iddialar səslənir ki, “Turan”ın prezidenti Musa Süleymanov baş məşqçi Əsgər Abdullayevin komandadan getməsinə nail olmaq üçün bunu qəsdən edir...
- Bu, düz deyil. Uşaqların çoxu komandada Əsgər Abdullayevə görə qalıblar. O, təcrübəli mütəxəssisdi. Amma pul yoxdusa, nə etmək olar. Tutaq ki, yerli futbolçular daha bir neçə həftə dözdülər, bəs legionerlər? Hər şey yaxın günlərdə həllini tapmalıdı. Vəziyyətdən yeganə çıxış yolu futbolçuların pulunun verilməsidi.
- Musa Süleymanov niyə kluba sponsporluq etmək istəmir?
- Süleymanovun biznesi kiçikdi. O, təkbaşına komanda saxlaya bilmir. Hələ çempionatın startına kimi ona dəstək veriləcəyi deyilirdi. Amma indi onun heç bir köməyi yoxdu. “Turan”a kim kömək edəcək, bilinmir. Amma bu kömək çox lazımdı. Əks halda Şəmkirdəki aqibət burda da təkrarlanacaq.

- PFL prezidenti Ramin Musayev bildirib ki, əgər “Turan” qarşıdakı iki oyuna çıxmasa, çempionatdan uzaqlaşdırılacaq...
- Əgər “Rəvan”la oyuna kimi pulumuzu ala bilməsək, həmin matça çıxmayacağıq. Problemlər davam edəcəyi halda özümüz çempionatdan imtina edəcəyik. Klub rəhbərliyi bütün futbolçuların pulunu verməlidi.
- Borcun məbləğini açıqlaya bilməzsiz?
- Bu hər futbolçuda müxtəlif məbləğdədi. Süleymanov bizə mükafat da verirdi. Ədalət naminə deyim ki, həmin pulları hər oyundan sonra alırdıq. Amma maaş haqda eyni şeyləri deyə bilmərəm. Əgər kimsə deyirsə, Azərbaycan futbolu inkişaf edir, düz danışmır. Premyer Liqa klubu futbolçularının pulunu verə bilmirsə, hansı inkişafdan danışmaq olar? Gülməlidi. Özü də alacaqlarımız da elə çox deyil.

- Tovuza qayıtdığınız üçün təəssüflənirsiz?
- “Turan” mənim üçün yad komanda deyil. Mən 2004/05 mövsümünü də burda keçirmişdim və xoşuma gəlmişdi. Tovuzda futbolu çox sevirlər. Amma indi olanlara görə günahkar biz deyilik. Bizi də başa düşmək lazımdı. Sadəcə zəhmətimizin qarşılığını görmək istəyirik. Əgər belə davam etsə, PFL futbolçulara yeni komanda tapmalıdı. Biz dekabra kimi pulsuz oynaya bilmərik ki? Ondansa oyunçulara azad agent statusu versinlər, gedib özümüzə klub tapaq.