22 sentyabr 2011 11:37
Cavadovun Premyer Liqadakı ilk qolu (VİDEO)
Azerisport.az sizi Rusiya kubokunun 1/8 final mərhələsinin “Spartak” (Moskva) – Volqa” matçından hazırlanan videoreportajla tanış edir. Qeyd edək ki, qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 başa çatdığından, qalib penaltilərlə müəyyənləşib – 6:7. Millimizin forvardı Vaqif Cavadov 46-cı dəqiqədə meydana çıxdığı oyunun qalan dəqiqələrində fəal oyun nümayiş etdirməklə yanaşı oyun sonrası penaltilər seriyasında dəqiq zərbə vurmaqla komandasının sensasion qələbəsində xüsusi pay sahibi olub.
