22 sentyabr 2011 11:42
Futbolçularımız almanları darmadağın etdilər
Almaniyada təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın rəqibi “Kickers Offenbach” klubunun U-17 komandası olub.
Bu qarşılaşmada futbolçularımız 3:0 hesabı ilə qələbə qazanıb. Komandamızın heyətində qolları Sadiq Quliyev, Ramin Şirinov və Elvin Bədəlov vurub.
