22 sentyabr 2011 11:56
UEFA portuqaliyalı hakimləri Bakıya göndərdi
17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçiriləcək 9-cu qrupunun oyunlarına təyinat almış hakimlər, UEFA nümayəndəsi və hakim-inspektor müəyyənləşib. Azerisport.az həmin təyinatlarla sizi də tanış edir.
Qeyd edək ki, millimizin də yer aldığı 9-cu qrupda Ukrayna, İspaniya və Bosniya Herseqovina da var. Bu komandalar arasındakı görüşləri Portuqaliya, Bolqarıstan və Danimarkadan olan referilər idarə edəcəklər. Dördüncü hakimlər isə Azərbaycan, Litva və Rusiyadan olacaq.
9-cu qrupun oyunları 30 sentyabr – 5 oktyabr tarixləri arasında keçiriləcək. Bütün təyinatlarla aşağıda tanış ola bilərsiz.
Referilər:
Berta Mariya Korreya Tavareş Teyşeyra (Portuqaliya)
Kamena Georgiyeva (Bolqarıstan)
Marianna Svendsen (Danimarka)
Referi köməkçiləri:
Matilda Abildqaard (Danimarka)
Yekaterina Marinova (Bolqarıstan)
Olqa Marisa Martins De Almeyda (Portuqaliya)
Dördüncü hakim: Səbayel Qurbanova (Azərbaycan)
UEFA nümayəndəsi: Vayva Zizayte (Litva)
Hakim-inspektor: Nadejda Ulyanovskaya (Rusiya)
