22 sentyabr 2011 00:10
AFFA İnterə rədd cavabı verib, Şükürovu əfv etdi
AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “Qəbələ”nin futbolçu Mahir Şükürovun cəzasının yüngülləşdirilməsi və “İnter”in İntizam Komitəsinin 23 avqust 2011-ci il tarixli qərarının ləğv edilməsi ilə bağlı müraciətlərinə baxılıb.
Aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib:
1. “Qəbələ”nin futbolçusu Mahir Şükürov barədə AFFA İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvədə saxlanılsın. Mahir Şükürov intizam tədbiri olaraq 3 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 9 (doqquz) aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 9 aylıq sınaq müddəti ərzində Mahir Şükürov analoji hərəkətlərə yol verərsə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.
2. “İnter”in şikayəti təmin olunmasın.
