22 sentyabr 2011 12:12
Yığmamız Union Berlin üzərində qələbəyə sevindi
Almaniyada təlim-məşq toplanışında olan 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, millimizin rəqibi “Union Berlin” komandası olub.
Qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Sevinc Qurbanova və Aliyə Vəliyeva vurub.
