22 sentyabr 2011 12:24

XL - Qəbələ: ikinci məğlubiyyət, yoxsa altıncı qələbə?

Bu həftə “Xəzər Lənkəran” Premyer Liqada növbəti ev oyununa çıxacaq. Azerisport.az xəbər verir ki, bu komanda yeddinci turda “Qəbələ”ni qonaq edəcək.
 
Bu komandalar arasında baş tutmuş indiyə qədərki altı ev oyununun yalnız birində xal itirən “Xəzər Lənkəran” hazırda turnir cədvəlinə başçılıq edir. Rəqib də mövsümə pis başlamayıb. Liderdən beş xal geri olan “Qəbələ” ilk məğlubiyyətini ötən turda alıb. Mirça Rednikin başçılıq etdiyi heyət bu mövsüm üç ev oyunu keçirib və bunların hamısında qalib gəlib. Bu görüşlərdə “Xəzər Lənkəran” altı qol vurub, qapısında isə iki qol görüb.
 
“Qəbələ” isə keçirdiyi üç səfər oyunundan altı xal qazanıb – iki qələbə, bir məğlubiyyət. Bu oyunlarda Toni Adamsın komandası üç qol vurub, və bir o qədər də buraxıb. Hər iki komanda bu tura qədər “Turan”, “Qarabağ” və “Sumqayıt Şəhəri” məğlub edib.
 
“Xəzər Lənkəran” hazırda çempionatın ən az qol buraxan iki komandasından biri olmaqla yanaşı (3 qol) ən yaxşı qol nisbətinə də malikdi (+8).
 
Çempionatlar tarixində “Xəzər Lənkəran” altı dəfə “Qəbələ”ni öz meydanında qəbul edib. Bu oyunların beşində qalib gələn meydan sahibləri cəmi bir dəfə meydanı xalsız tərk edib. Lənkəranda bu rəqiblə keçirilən görüşlərdə 13 dəfə fərqlənən cənublular, 4 dəfə də rəqibin fərqlənməsinə şahid olub.
 
Son dəfə “Xəzər Lənkəran” Mərkəzi Stadionunda bu komandalar ötən çempionatın ilk turunda qarşılaşıblar. Hər iki klubun baş məşqçinin debüt etdiyi bu matçda Elvin Beqirinin final fitinə az qalmış vurduğu qol meydan sahiblərinə 1:0 hesablı qələbə gətirdi.
 
Ötən oyun qırmızı vərəqə alan və bir oyunluq cəzalanan Elnur Allahverdiyev “Qəbələ”yə qarşı oyunda iştirak edə bilməyəcək. “Qarabağ”ın qapısına yol tapmaqla “Xəzər Lənkəran”ın tarixində 450-ci qolu vuran Pit qarşıdakı turda meydana çıxsa, bu, rumın futbolçunun komandasının heyətində 25-ci matçı olacaq.
 
Görüşün baş hakimi Ramil Diniyev olacaq. Maraqlıdı ki, bu referi “Xəzər Lənkəran”ın ardıcıl ikinci ev oyununa təyinat alır. Yan xətt hakimləri İlham Əliyev və Vaqif Musayevdir. Ehtiyat referi – Əliyar Ağayev. (XL-ın rəsmi saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.