22 sentyabr 2011 12:36
Neftçi derbi öncəsi bu gün son məşqinə çıxacaq
"Neftçi" Premyer Liqanın "Bakı" klubu ilə oyununa hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün oyunöncəsi son məşqinə çıxacaq.
“Flaqman” qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunda hazırlıq keçəcək. Məşq prosesi saat 16:30-da start götürəcək.
Qeyd edək ki, sentyabrın 23-də keçiriləcək "Neftçi" - "Bakı" oyunu saat 18:00-da başlanacaq.
