22 sentyabr 2011 00:44
Cavadovlu Volqanın 1/4 finaldakı rəqibi müəyyənləşdi
Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa”nın Rusiya kubokunun 1/4 finalındakı rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, Nijni Novqorod təmsilçisi növbəti mərhələdə “Terek”lə qarşılaşacaq.
Qroznı təmsilçisi ilə qarşılaşma Nijni Novqorodda keçiriləcək. Lakin hələlik həmin oyunun keçirilmə vaxtı tam dəqiqləşməyib.
Xatırladaq ki, Cavadovlu “Volqa” ötən gecə keçirilən 1/8 final mərhələsinin oyununda böyük sensasiyaya imza ataraq Moskva “Spartak”ını kubokdan kənarlaşdırıb. Qalibin penaltilərlə müəyyənləşdiyi görüşdə Vaqif penaltidən də olsa, yeni komandasında ilk qoluna sevinib.
