23 sentyabr 2011 13:25
Toni Adams: Onları dayandıra biləcək komanda görmürəm
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 7-ci turunun “Xəzər Lənkəran”la oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Lənkəranda keçirilən oyunlar Premyer Liqanın ən çətin səfər oyunları sayılır. Siz bu fikirlərlə razısız?
- Bəli, həqiqətən də belədi. Bu gün üçün “Xəzər Lənkəran” heyətinə görə Premyer Liqanın ən güclü klubudu. Mən hazırda onları dayandıra biləcək komanda görmürəm. Hər halda, kənardan hər şey məhz belə görünür.
- Bəli, həqiqətən də belədi. Bu gün üçün “Xəzər Lənkəran” heyətinə görə Premyer Liqanın ən güclü klubudu. Mən hazırda onları dayandıra biləcək komanda görmürəm. Hər halda, kənardan hər şey məhz belə görünür.
- Oyun öncəsi futbolçularınızdan biri deyib ki, bu səfərdən bir xalla qayıtmaq da “Qəbələ” üçün yaxşı nəticə sayılacaq. Bəs sizi hansı nəticə qane edəcək?
- Bizim üçün ən yaxşı nəticə təbii ki, qələbə olardı.
- “Neftçi” ilə qarşılaşmada ikinci dərəcəli oyun sərgilədiniz və məğlub oldunuz. Bəs bu dəfə?
- Bu fikirlə razı deyiləm. Rəqib hesabı açana qədər bizim çoxlu qol vəziyyətlərimiz oldu. Əgər onların kapitanları və Flavinyo oynamasaydı, bizimlə oyunda onlar da çətinlik hiss edəcəkdilər. “Xəzər Lənkəran” da “Neftçi” və “Qarabağ”a qarşı ikinci dərəcəli oyun sərgilədi, amma qalib gəldi. Ola bilər ki, biz də onlara qarşı belə oynadıq, amma qalib gəldik.
- Yeri gəlmişkən, “Neftçi”yə məğlub olmaqla məğlubiyyətsiz oyunlar seriyanıza da son qoydunuz...
- Bu haqda ümumiyyətlə düşünmürəm. Bizim hədəfimiz hər oyunda qələbə qazanmaqdı. Seriya barədə düşünmək bizə maraqlı deyil.
- Adətən, hansısa seriyadan sonra komanda məğlub olanda, baş məşqçilər bunun daha çox müsbət tərəfini düşünürlər, önə çəkirlər...
- Bakılılara məğlubiyyətin həm mənfi, həm də müsbət tərəfləri var. Qeyd etmək istərdim ki, biz ilk növbədə son ölkə çempionuna qarşı oynayırdıq. Özü də kapitan Mahir Şükürovla əsas hücumçumuz Viktor Mendinin yoxluğunda. Amma müsbət cəhət də ondan ibarət idi ki, hətta onlarsız da xeyli qol vəziyyəti yaratdıq.
- Yeri gəlmişkən, bu günlərdə “Tottenham” azarkeşləri sizi utanc zalına daxil ediblər, hansı ki, “Arsenal”ın 11 futbolçusu düşüb. Bu barədə nə düşünürsüz?
- Bunu şərh etmək istəmirəm.
