23 sentyabr 2011 02:14
Vaqif Cavadovun məşqçisi Volqa ilə yollarını ayırdı
Futbol üzrə yığma komandamızın hücumçusu Vaqif Cavadovun çıxış etdiyi Rusiyanın “Volqa” klubunda məşqçi istefası gerçəkləşib. Azerisport.az xəbər verir ki, Nijni Novqorod klubunda köməkçi-məşqçi kimi fəaliyyət göstərən Sergey Perednya həmyerlimizin komandası ilə yollarını ayırıb.
Buna onun başqa klubdan aldığı dəvət səbəb olub. Belə ki, Perednya bundan sonra “Tom” klubunda baş məşqçi vəzifəsində çalışacaq. Artıq onun yeni klubundakı təyinatı da rəsmiləşib.
Cavadovun komandasında Perednyanın postunu kimin tutacağı barədə hələlik heç bir informasiya verilmir.
