23 sentyabr 2011 14:27
Aleksandr Səmədov Rusiya yığmasına dəvət olundu
Moskvanın “Dinamo” klubunun azərbaycanlı futbolçusu Aleksandr Səmədov Rusiya millisinə çağırılıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Dik Advokat AÇ-2012-nin oktyabrın 7-də Slovakiya, oktyabrın 11-də isə Andorraya qarşı keçiriləcək oyunlar üçün dəvət ediyi 20 futbolçu arasında Səmədovun da adı var.
Qeyd edək ki, əslən azərbaycanlı olan bu futbolçu özü də Rusiya millisində çıxış etməkdə maraqlıydı. Lakin hollandiyalı mütəxəssis ona dəvət göndərmirdi.
Bu yaxınlarda isə AFFA-nın baş katibi Elxan Məmmədov onunla görüşərək, Səmədovun Azərbaycan yığmasında çıxışını müzakirə etmişdi. Lakin bu dəvətdən sonra onun yığmamıza gəlmək şansı çox azdı.
