23 sentyabr 2011 15:21
Ramiz Məmmədov yenə legioner həyatı yaşaya bilər
“Qəbələ”nin və Qazaxıstanın “Atırau” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədov yenidən ölkə xaricində çalışa bilər. Azerisport.az xəbər verir ki, Qazaxıstan klubu ilə yollarını ayırandan bəri işsiz olan mütəxəssis hələlik danışıqlara başlamasa da, onun yenidən Azərbaycandan kənarda çalışması variantının olduğu bildirilir.
Hələlik, Məmmədovun xidmətində hansı ölkə klubunun maraqlı olduğu isə açıqlanmır. İstisna deyil ki, bu, İran klublarından biri olsun.
