23 sentyabr 2011 16:00
Paytaxt derbisini Bakı qazanacaq
Azerisport.az növbəti sorğusuna yekun vurub. “Sizcə, Premyer Liqanın 7-ci turunun “Neftçi” – “Bakı” oyunu necə nəticələnəcək” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi ilə sizi də tanış edirik.
Bu qarşılaşmada “Neftçi”nin qələbə qazanacağına respondentlərin 34 faizi (209 səs) ümid edir. Lakin maraqlıdı ki, “Bakı”nın son çempion üzərində qələbə qazanacağına inananlar daha çoxdular – 42 faiz (257 səs).
Yerdə qalan 23 faiz (141 səs) isə paytaxt derbisinin heç-heçə bitəcəyini güman edir.
