23 sentyabr 2011 17:57
“Aleksandr Səmədova ictimaiyyətin təzyiqinə görə dəvət göndərməmişəm”
Futbol üzrə Rusiya yığmasının baş məşqçisi Dik Advokat əslən azərbaycanlı futbolçu Aleksanr Səmədovua dəvət göndərməsinə münasibətini açıqlayıb. Azerisport.az xəbər verir ki, hollandiyalı mütəxəssis qonşu ölkə mətbuatına açıqlamasında bunları dilə gətirib:
“Düşünməyin ki, mən Səmədovu ictimaiyyətin təzyiqinə görə milliyə dəvət etdim. O, öz oyunu ilə buna layiq olduğunu göstərdi. Digər tərəfdən unutmayın ki, həmin mövqedə çıxış edən Torbinski zədəlidi. Səmədovu millinin düşərgəsinə çağırmağımda bunun da təsiri var. Ancaq bu, əsas səbəb deyil. Futbolçu çempionat oyunlarında özünü yaxşı tərəfdən göstərə bildi. İnanıram ki, o, millinin düşərgəsində də çax çalışacaq və komandamıza kömək edəcək”.

Advokat futbolçunu seçmə mərhələnin qarşıdakı iki oyununda meydana buraxıb-buraxmayacağına isə belə aydınlıq gətirib: “Bunu mən sizə deyə bilmərəm. Hər şey ola bilər”.