23 sentyabr 2011 18:39
Əsgər Abdullayev Turandan istefa verdi
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev postundan istefa verdiyini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu barədə qərarını “Rəvan”la oyundan sonra verib.
Abdullayev 0:1 hesabıyla uduzduqları qarşılaşmadan sonra bunları dilə gətirib: “Heç bir suala cavab verməyəcəm. İstefa verirəm”.
Lakin hələlik rəhbərliyin onun istefasını qəbul edib-etməyəcəyi dəqiq bilinmir. Qeyd edək ki, Abdullayevin istefasının səbəbi heç də uğursuz çıxış yox, klubda yaranan maliyyə problemləridi. Hansı ki, futbolçular meydana çıxmaqdan imtina edirdilər.
Xatırladaq ki, Abdullayevin "Turan" karyerası 7 oyundan ibarət oldu ki, Tovuz klubu bu görüşlərdən yalnız 2-də qalib gəldiyi halda digər qarşılaşmalarda məğlubiyyətlə üzləşib.
