23 sentyabr 2011 18:48
“Artıq futbolçular bir-birini başa düşməyə başlayırlar”
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 7-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı səfərdə qazandıqları 1:0 hesablı qələbədən sonra bunları dilə gətirib:
“Komandamız mövsümdə ilk qələbəsini qazandı. Buna qədər futbolçular meydanda bir-birini yaxşı başa düşmürdülər, qalib gələ bilmirdik. Artıq futbolçular bir-birini başa düşməyə başlayırlar. İstərdim ki, Bakıdakı oyunlarda da qalib gələk. Futbolçularımı ilk qələbə münasibəti ilə təbrik edirəm”.
Qeyd edək ki, bu oyun Qədirovun “Rəvan”dakı debüt matçı, paytaxt klubunun isə elitada qazandığı ilk qələbə oldu.
