23 sentyabr 2011 20:29
Aleksandr Starkov: Bərabər səviyyəli oyun idi
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 7-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “zolaqlılar”ın latviyalı çalışdırıcısı 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Bərabər səviyyəli oyun idi. Sadəcə, bu gün uğur bizim tərəfimizdə deyildi. Əhəmiyyətsiz qol buraxdıq. Amma uşaqlar yenə sağ olsunlar. Çempion komandaya qarşı heç də pis oynamadıq”.
