23 sentyabr 2011 20:35
Böyükağa Hacıyev: Mən yeganə baş məşqçiyəm ki...
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 7-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çalışdırıcısı 1:0 hesabı ilə qalib gəldikləri görüşdən sonra bunları dilə gətirib:
“Oyundan razı qaldım. Qarşılaşmanın taleyini bir qol həll etdi. Daha çox hərəkətdə olsaydıq, bir neçə qol vura bilərdik. Komanda standart vəziyyətdən qol vurursa, bu ev tapşırığıdır. “Bakı” yaxşı komandadır. Çempionluq yarışında əsas rəqiblərimizdəndir. Xallarımızı 12-yə yüksəltdik, “Xəzər Lənkəran”ı daban-dabana izləyirik. Yeganə məşqçiyəm ki, heyətə yeni futbolçu transfer etməmişəm. Ancaq dekabrda yeni transferlərimiz olacaq”.
