23 sentyabr 2011 20:53
Toni Adams: Qəbələ hələ Neftçi və XL səviyyəsinə çatmayıb
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 7-ci turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ təmsilçisinin britaniyalı çalışdırıcısı 1:2 hesabı ilə məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Yaxşı oyun oldu. İkinci hissədə yetirmələrim ilk yarıya nisbətən daha yaxşı oynadılar. Bu oyun da göstərdi ki, biz hələ “Neftçi” və “Xəzər Lənkəran” səviyyəsinə çatmamışıq. Hələ ki, lənkəranlılar bu mövsüm qarşılaşdığımız ən güclü komandadı”.
