23 sentyabr 2011 20:58
Mirça Rednik: XL xarakter nümayiş etdirdi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 7-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar”ın rumıniyalı çalışdırıcısı 0:0 hesabı ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Belə çətin oyunda qazanılan qələbədən sonra danışmaq asan olur. Amma oyun qətiyyən asan olmadı. Həmişəki kimi çox çətin oyun alındı. Mən öz futbolçularımı təbrik etmək istərdim. Bu gün onlar xarakter nümayiş etdirdilər. Müdafiədəki bəzi problemlərə baxmayaraq, yenə qələbə qazandıq. Elvin Beqirinin zədələnməsindən sonra arxa xəttdə işimiz daha da çətinləşdi. Növbəti qələbəmizi qazandığımıza görə çox şadıq”.
