24 sentyabr 2011 00:01

Qarşısıalınmaz lider və ya qələbə qazanmayan komanda qalmasın

Premyer Liqada daha bir gərgin tura start verildi. Azerisport.az xəbər verir ki, həmişəkindən fərqli bu dəfə cümə günü startı verilən turun ilk oyun günündə yenə 3 qarşılaşma baş tutdu.
 
Hesabat turu Tovuzda keçirilən “Turan” – “Rəvan” matçıyla start götürdü. Başı maliyyə problemlərinə qarışan bölgə təmsilçisinin hətta bu oyuna çıxmamaq təhlükəsi də var idi. Amma oyundan bir gün öncə baş məşqçi Əsgər Abdullayev yetirmələrindən bu matça çıxmağı xahiş etmişdi. Bu qarşılaşmadan sonra isə komandanın üzvləri maaşlarını ala bilməmələrinə etiraz əlaməti olaraq “Turan”dan ayrılacaqlarına dair razılıq da əldə etmişdilər. “Rəvan” isə bu oyun öncəsi baş məşqçi dəyişikliyinə əl atmışdı. Bəhmən Həsənovla qələbə üzünə həsrət qalan bakılılar buna yeni baş məşqçi Vladislav Qədirovla nail olmaq istəyirdilər.
 
Qarşılaşma gözlənildiyi kimi, bərabər mübarizə şəraitində keçdi. Lakin qonaq komandanın heyətində bu oyunun ən yaxşılarından olan Reys Klaudineyin vurduğu top debütanta Premyer Liqada ilk qələbə sevincini daddırdı. Tovuz təmsilçisində isə gözlənildiyi kimi ciddi dəyişikliklər oldu. İlk olaraq baş məşqçi Əsgər Abdullayevin postundan istefa verməsini xüsusi qeyd etmək lazımdı. Mövsümün əvvəlində Tovuz klubuna gələn və heç də pis komanda qurmayan bu mütəxəssisin istefası güman ki, klub rəhbərliyi tərəfindən qəbul olunacaq. Lakin ən acınacaqlısı odu ki, futbolçuların da onunla birgə komandayla yollarını ayırdığı iddia olunur. Bir sözlə, “Turan”ın gələcək taleyi əməlli-başlı sual altındadı.
 
Son çempion “Neftçi” də ilk oyun günündə meydana çıxdı. “Ağ-qaralar” paytaxt derbisində “Bakı” ilə qarşılaşdı. Bu görüşdə qazanılacaq qələbə son çempionun ən azı “zolaqlılar”ı geridə qoymasına şərait yaradacaqdı. Nominal qonaqlar isə 3 xala sahib çıxmaqla ikinci pillədəki mövqelərini qorumağı hədəfləyirdilər. Bundan başqa paytaxt derbisi daha bir məqama görə prinsipial xarakter daşıyırdı. Belə ki, vaxtilə “Bakı”nı çalışdıran “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev keçmiş komandasına qarşı mübarizə aparırdı.
 
Qarşılaşma kifayət qədər maraqlı alınsa da, uzun müddət qapılara qol vurulmadı. Hətta hücum futboluna üstünlük verən “Neftçi” də qol vurmaqda ciddi çətinliklərlə üzləşirdi. Təsadüfi deyil ki, “ağ-qaralar”ın vurduğu yeganə qol da standart vəziyyətdən – künc zərbəsindən sonra mümkün oldu. Lakin son çempion bu qələbə sayəsində ikinci sıraya yüksəlməsinə sevindiyi qədər də Flavinyonun zədələnməsinə də üzülə bilər. Hər halda bu matçda zədələnərək meydanı erkən tərk etməli olan braziliyalının zədəsinin nə qədər ciddi olduğunu yaxın günlərdə biləcəyik. İstisna deyil ki, o, ötən mövsümkü kimi yenə uzun müddət komandasına kömək edə bilməsin.
 
İlk oyun gününün daha bir maraqlı və prinsipial görüşü Lənkəranda keçirildi. Burda çempionatın lideri “Xəzər Lənkəran” əsas izləyicilərindən olan “Qəbələ”ni qəbul edirdi. Toni Adamsın komandası ötən tur “Neftçi” ilə oyunda ilk yenilgi ilə üzləşdiyindən, bu dəfə ən azı çətin səfərdən bir xalla qayıtmaqla liderdən çox uzaqlaşmamağı hədəfləyirdi.
 
Amma Mirça Rednikin komandası doğma azarkeşlərinin gözü qarşısında əsas rəqiblərindən birinə xal verməmək üçün əlindən gələni etdi. Öz meydanında hələ ki, xal itkisi ilə üzləşməyən, məğlubiyyət tanımayan “ağ-yaşıllar” əsas rəqiblərindən bir qədər də aralanmağa nail oldu.
 
Premyer Liqa
7-ci tur
 
Turan - Rəvan – 0:1
Qol: Reys Klaudiney, 60.
Vərəqələr: Zura Dzamsaşvili, 45+1 (rəqibi tutduğuna görə), Hafiz Əliyev, 76 (kobud oyun) - Reys Klaudiney, 45+1 (simulyasiya),  Davud Kərimi, 79 (vaxtı uzatdığına görə), George Qulordava, 88 (kobud oyun) – sarı.
Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Rza Məmmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
23 sentyabr 2011. Tovuz. Şəhər stadionu. 1500 tamaşaçı.
Turan: 1. Anar Nəzirov, 5. Ayxan Abbasov (20. Azər Məmmədov, 46), 6. Aleksandr Dubilyeviç, 7. Ramal Hüseynov (k), 10. Nadir Nəbiyev, 18. Hafiz Əliyev, 19. Ruslan Abbasov, 24. Sergey Artyux, 27. Zura Dzamsaşvili, 29. Rudison Ferreyra (9. Yasin Abbasov, 63), 32. Cavid Tağıyev (14. Aleksandr Qoqoberişvili, 52).
Ehtiyat oyunçular: 30. Ramil Kərimov, 8. Akif Tağıyev, 16. Orxan İsmayılov, 21. Rəşad Orucov.
Baş məşqçi: Əsgər Abdullayev.
Rəvan: 12. Davud Kərimi, 3. Miloş Zeçeviç (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi (20. Kristian Torres, 61), 7. Reys Klaudiney (87. George Qulordava, 87), 8. Tural Axundov, 9. Con Pelu, 10. Anxel Qutyerres, 11. Şerif Suma, 18. Samuel Barlay, 24. Hüseyn İsgəndərov (13. Fərid Həşimzadə, 83).
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 15. Tural Cəlilov, 22. Amid Hüseynov, 90. Sergey Çernışev.
Baş məşqçi: Vladislav Qədirov.
 
Neftçi - Bakı - 1:0
Qol: Denis Silva, 86.
Vərəqələr: Denis Silva, 36 (idmançıya yaraşmayan hərəkət), Mirhüseyn Seyidov, 65 (idmançıya yaraşmayan hərəkət), Bahodir Nasimov, 88 (fitdən sonra topa zərbə) - Elvin Əliyev, 33 (idmançıya yaraşmayan hərəkət), Denis İvanov, 68 (idmançıya yaraşmayan hərəkət), Maris Verpakovski, 71 (idmançıya yaraşmayan hərəkət), Deyvidas Çesnauski, 75 (idmançıya yaraşmayan hərəkət) – sarı.
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
23 sentyabr 2011. Bakı. Tofiq Bəhrəmov adına Respublika stadionu. 800 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Rail Məlikov (k), 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski  (22. Fərid Quliyev, 76), 9. Flavinyo (17. Araz Abdullayev, 55), 14. Bahodir Nasimov,
15. Ruslan Abışov, 16. Alessandro Viana da Silva, 19. Mirhüseyn Seyidov (4. Tərlan Quliyev, 90+1), 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 18. Ruslan Əmircanov, 20. Elvin Musazadə, 25. Cavid İmamverdiyev.
Baş məşqçi: Böyükağa Hacıyev.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 6. İbrahim Karqbo (99. Rəhman Hacıyev, 89), 7. Deyvidas Çesnauski, 8. Junior Xavier Vilson, 9. Maris Verpakovski (4. Vadim Boret, 81), 14. Elvin Əliyev, 15. Cəmşid Məhərrəmov (k), 21. Novruz Məmmədov, 32. Aleksey Savinov, 36. Uinston Parks.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 17. Emin Cəfərquliyev, 19. Nurlan Novruzov, 25. Şəhriyar Əliyev, 29. Əziz Quliyev.
Baş məşqçi: Aleksandr Starkov.

Xəzər Lənkəran - Qəbələ - 2:1
Qollar: A.Semedo, 40 (1:0), E.Abdullayev, 64 (2:0), L.Baranin, 68 (2:1).
Vərəqələr: Adrian Pit, 21 (kobud oyun) - Vurğun Hüseynov, 28 (kobud oyun), Saşa Yunisoğlu, 61 (hakimin qərarından narazılıq), Abdulkader Kamara, 90+2 (kobud oyun) – sarı.
Hakimlər: Ramil Diniyev, İlham Əliyev, Vaqif Musayev, Əliyar Ağayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
23 sentyabr 2011. Lənkəran. Şəhər mərkəzi stadionu. 11000 tamaşaçı.
Xəzər Lənkəran: 1. Kamran Ağayev (k), 3. Elvin Beqiri (23. Şəhriyar Xəlilov, 57), 7. Katalin Doman, 8. Eder Bonfim, 9. Branimir Subaşiç (10. Elnur Abdullayev, 62), 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev, 15. Emeka Opara (33. Dejan Rusiç, 46), 16. Adrian Pit, 22. Antonio Semedo, 81. Rikardo Qomes.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 18. Alim Qurbanov, 27. Habil Nurəhmədov, 32. Mario Rosas.
Baş məşqçi: Mirça Rednik.
Qəbələ: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 10. Deon Barton, 14. Veselko Trivunoviç, 16. Abdulkader Kamara, 20. Stiv Olfers, 26. Daniel Lopes Kruz (22. Murad Hüseynov, 57), 33. Saşa Yunisoğlu, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 7. Yaşar Abuzərov, 8. Bruno da Silva, 15. Nodar Məmmədov, 17. Arif İsayev, 18. Aleksandr Çertoqanov.
Baş məşqçi: Toni Adams.
 
Turun qalan görüşləri bu gün keçiriləcək: Sumqayıt Şəhər – Simurq, AZAL – Qarabağ, İnter - Kəpəz.
 
 
1
XL
7
6
1
0
13-4
19
2
Neftçi
6
4
0
2
9-4
12
3
Bakı
7
3
2
2
8-6
11
4
Qəbələ
7
3
2
2
7-7
11
5
İnter
6
3
1
2
5-5
10
6
Kəpəz
6
3
0
3
13-12
9
7
AZAL
6
2
2
2
9-9
8
8
Qarabağ
5
2
1
2
3-3
7
9
Rəvan
7
1
3
3
7-9
6
10
Turan
7
2
0
5
6-10
6
11
Simurq
6
1
2
3
5-8
5
12
SŞ
6
0
2
4
2-10
2
 
Bombardirlər:
4 qol - Sergey Artyux (Turan), Yuri Fomenko (Kəpəz).
3 qol - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.