23 sentyabr 2011 11:24

7-ci tur. Mirbağır İsayevin proqnozu

Yığma komandamızın sabiq oyunçusu Mirbağır İsayev azerisport.az saytı üçün Premyer Liqanın 7-ci turunun oyunlarına proqnozlarını açıqlayıb.
 
Turan – Rəvan
Tovuzda oynamaq həmişə hamı üçün çətin olub. Ötən turda Əsgər Abdullayevin yetirmələri öz meydanlarında “Bakı”ya uduzsalar da, əla xarakter nümayiş etdirdilər. Yəqin ki, bu komanda “Rəvan”la oyunda da yaxşı futbol sərgiləməklə müsbət nəticə qazanmağa çalışacaq. Fikrimcə, “Rəvan” heç-heçəni də uğur saya bilər. Amma mən daha çox “Turan”ın qələbə qazanacağını proqnozlaşdırıram.
 
Neftçi – Bakı
Hazırda eyni gücə malik iki komandanın oyunu olacaq. Şanslar da bərabərdi. Kim daha yaxşı hazırlıqlı olsa, o da qələbə qazanacaq. Görüşün taleyini komandaların liderləri də həll edə bilərlər. Amma bir şeyi deyə bilərəm ki, heç-heçə olmayacaq. “Qəbələ” ilə oyunda “ağ-qaralar” özlərini yaxşı tərəfdən göstərdilər. “Bakı”ya gəlincə, onların 4 penaltini boşa verməsini faciəyə çevirmək lazım deyil. Hərdən futbolçular təkbətək çıxanda da qol vura bilmirlər.
 
Xəzər Lənkəran – Qəbələ
Əminəm ki, XL ev oyununda 3 xala sahib çıxacaq. Lənkəranlı azarkeşlər yenə komandanın uğurlarında önəmli rol oynayırlar. Mən bu komandanın “Qarabağ”la son oyununa baxmışam. Əgər onlar belə gərgin oyunda qələbə qazandılarsa, deməli, qarşıdakı oyunlarda da uğurlarının davamı gələcək. Mahir Şükürovun qayıdışı təbii ki, qonaqlar üçün yaxşı xəbərdi. Amma baxaq görək o, komandasına kömək edə biləcəkmi.
 
Sumqayıt Şəhər – Simurq
Yaxşı oyun olacaq. Fikrimcə, “Sumqayıt Şəhər” bu mövsüm ilk qələbəsini qazanacaq. Komanda uğur qazanmağa hazırdı. Son turlarda Sumqayıt təmsilçisi yaxşı oyun sərgiləməyə başlayıb. Komandada əcnəbi futbolçu da yoxdu. Bu üzdən də çox istərdim, onlar qələbə qazansınlar.
 
AZAL – Qarabağ
Ağdamlılar artıq 3 turdu qələbə qazana bilmirlər. Onların bu uğursuz seriyaya son qoymaq vaxtıdı. Oyun Şüvəlanda keçiriləcəyindən, şansları bərabər saymaq olar. AZAL heç də adi rəqib deyil. Amma məncə “Qarabağ” qalib gələcək.
 
İnter – Kəpəz
Hər iki komanda üçün sıradan oyun olmayacağı dəqiqdi. “Bankirlər” ilk altılığa düşmək istəyirlərsə, mütləq qələbə qazanmalıdılar. Elə görüşün “İnter”in qələbəsiylə bitəcəyini gözləyirəm. Amma qonaqların sürprizə imza atması da mümkündü. Ən azı xal ala bilərlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.