23 sentyabr 2011 12:02
Əfran İsmayılov da Qarabağa kömək edə bilməyəcək
“Qarabağ” Premyer Liqanın 7-ci turunun AZAL ilə oyunu öncəsi daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, ağdamlılar yarımmüdafiəçi Əfran İsmayılovun da xidmətindən məhrum olublar.
Buna onun son məşqdə zədə almasıdı. Tibbi müayinə zamanı məlum olub ki, Əfran da “təyyarəçilər”lə qarşılaşmada forma geyməcək.
Qeyd edək ki, “Qarabağ”a bu oyunda əsas hücumçusu Rauf Əliyev də zədə səbəbindən kömək edə bilməyəcək.
