23 sentyabr 2011 12:14
UEFA-dan AFFA üçün 100 min avro
UEFA İcraiyyə Komitəsi AFFA-nın Referilərin Təhsili üzrə Konvensiyaya qəbulunu təsdiqləyib. Azerisport.az xəbər verir ki, Azərbaycan Bolqarıstan, Xorvatiya və San-Marino ilə birgə quruma qoşulub.
Konvensiyanın qüvvədə olma müddəti 2012-2013-cü il mövsümündən 2015-2016-cı il mövsümünədək uzadılıb. Yeni assosiasiyaların qəbulundan sonra hazırkı konvensiyanın 47 tam və 1 qismən hüquqlu üzvü var. Konvensiyaya qoşulan assosiasiya 100 min avro alır. Daha 100 min avro isə hər il Avropada hakimlik standartlarının ardıcıl artırılması məqsədilə ödənilir.
