23 sentyabr 2011 00:36
Derbi öncəsi Hafiz Məmmədovdan Sadıq Sadıqova təbrik məktubu
"Bakı" futbol klubu "Neftçi"nin prezidenti Sadıq Sadıqova təbrik məktubu ünvanlayıb. Azerisort.az xəbər verir ki, məktubda "Bakı"nın prezidenti Hafiz Məmmədov və komandanın kollektivi Sadıq Sadıqovu Azərbaycanın neft sənayesinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunması münasibəti ilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, Sadıq Sadıqov “Neftçi” futbol klubunun prezidenti olmaqla bərabər, həm də Neftçi İdman Sağlamlıq Mərkəzinin icraçı direktorudu.
Sonda onu da vurğulayaq ki, bu təbrik məktubu bu gün baş tutacaq paytaxt derbisi – “Neftçi” – “Bakı” oyunu öncəsi göndərilib.
