23 sentyabr 2011 13:01

Rəşad Sadiqov: Bu, bizə yaraşan yer deyil

“Qarabağ” sabah AZAL-la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 7-ci turunda vacib görüşə çıxacaq komandanın kapitanı Rəşad Sadiqov oyun öncəsi klubun saytına matçla bağlı fikirlərini bildirib:
 
“Bütün oyunlarda olduğu kimi AZAL-la görüşə də qələbə üçün çıxacağıq. Turnir cədvəlində vəziyyətimiz yaxşı deyil. Hazırda 8-ci pillədə qərarlaşmışıq ki, bu da bizə yaraşan yer deyil. Amma “təyyarəçilər”lə oyuna adi oyun kimi hazırlaşırıq. Əlavə gərginlik bizə çətinlik yarada bilər. AZAL yaxşı müdafiə olunma qabiliyyətinə malikdi. Oyunları alınanda qarşısıalınmaz olurlar. Öz meydanları olduğu üçün onlar da qələbə üçün vuraşacaqlar. Belədə maraqlı oyun olacaq. Görüşün süni ot örtüklü meydançada olmasının həm yaxşı, həm də mənfi tərəfi var. Meydança ağır olsa da, düz olduğuna görə topla hərəkət etmək daha əlverişli olar. Ötən mövsüm AZAL-ın ikinciliyi əlimizdən almasını unutmuşuq. Daha dəqiqi, bu haqda fikirləşmək bizə fayda verməyəcək. Ona görə də sadəcə öz oyunumuza köklənməyə çalşırıq. Əsas hədəfimiz uğursuzluq zolağından çıxmaqdı. Bilirik ki, ardıcıl 2 qələbə bizi yenidən zirvə üçün vuruşmağa şərait yaradacaq. Bizim problemimiz hər halda ümumi yorğunluqla bağlıdı. Düzdü, bu, bir qədər təkrarçılıqdı. Amma həqiqətən də 3 il istirahət etmədən oynamaq öz sözünü deyir. Ona görə də bizdə enişin zaman-zaman müşayət olunması normaldı. Amma bu mövsüm hədəfimiz daha yuxarıda qərarlaşmaq olduğuna görə daha artıq fədakarlıq etməliyik. AZAL hər nə qədər çətin rəqib olsa da, öz sözümüzü deməliyik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.