24 sentyabr 2011 13:02
Neftçi də bəyanat yaydı
“Neftçi” klubu futbol üzrə Azərbaycan Premyer Liqasının 7-ci turunun “Bakı” ilə oyunundan sonra baş verən qalmaqalla bağlı bəyanat yayıb. Azerisport.az paytaxt klubunun həmin bəyanatı ilə sizi də tanış edir:
“Premyer Liqasının 7-ci turunun "Neftci" - "Bakı" görüşündən sonra "Bakı" klubunun futbolçusu Elvin Əliyevlə bağlı baş vermiş olaylarla əlaqədar hər iki klubun rəsmiləri bir araya gələrək, hadisələrə münasibət bildiriblər. Bütün məsələlərə aydınlıq gətirildikdən sonra, hadisənin anlaşılmazlıqdan yarandığı təsdiqlənib. Həm "Neftci", həm də "Bakı" klubu bu cür halların bir daha yaşanmaması üçün müvafiq tədbirlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb”.