24 sentyabr 2011 00:38
Bakı Elvin Əliyevlə bağlı açıqlama yaydı
"Bakı" Premyer Liqanın 7-ci turunun “Neftçi” ilə oyunundan sonra baş verənlərlə bağlı rəsmi açıqlama yayıb. Azerisport.az xəbər verir ki, klubun açıqlamasında deyilir:
"Oyundan sonra yaşanan olaylar bizi üzdü. Futbolçumuzun təzyiqə məruz qalması idman prinsiplərinə yad, Azərbaycan idmanına yaraşmayan hərəkət kimi dəyərləndirildi. Olaydan dərhal sonra klub rəhbərləri bir araya gələrək oyundan sonra yaşanan hadisələri analiz edib və münasibət bildiriblər. Hadisənin anlaşılmazlıqdan yarandığı təsdiqini tapıb, tərəflər bütün məsələlərə aydınlıq gətiriblər.
"Bakı" futbol klubu "Neftçi" rəhbərliyinin səmimiyyəti və operativ reaksiyası nəticəsində klub rəhbərliyinin üzrhaqlığını və günahkarların aşkaqlanaraq cəzalanacağı vədini qəbul edir. "Neftçi" - "Bakı" qarşılaşmasından sonra yaşanan halların bir daha təkrarlanmaması ümidi ilə məsələnin bağlandığını bildirir".
