24 sentyabr 2011 01:35
Yığmamızın üzvü 90 dəqiqə oynadı, Volqa məğlub oldu
Azərbaycan U-19 yığmasının üzvü Şamil Qurbanov Rusiyanın “Volqa” klubunun əvəzedicilərinin heyətində növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, o, CSKA ilə səfər oyununun iştirakçısı olub.
Baş məşqçi Maqomed Adiyev millimizin müdafiəçisinə bu dəfə də ilk dəqiqələrdən şans verib. Ötən tur meydana çıxmayan Qurbanov bu matçı əvəzedilmədən keçirib. Qarşılaşmaya gəlincə, Nijni Novqorod təmsilçisi artıq matçın 5-ci dəqiqəsində hesabı açıb. Lakin qonaqlar artıq fasiləyə kimi bu üstünlüklərini əldən veriblər. Fasilədən sonra daha bir qol vuran Moskva təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, “Volqa”nın əsas heyətində Azərbaycanın əsas millisinin hücumçusu Vaqif Cavadov da forma geyir.
