24 sentyabr 2011 15:49
Vladimir Levin: Bu, bizim üçün üstünlükdü, amma...
“İnter”in kapitanı Vladimir Levin Premyer Liqanın 7-ci turunun “Kəpəz”lə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Başa düşürük ki, çempionatın heç bir oyununda xal itirə bilmərik. “Kəpəz”lə oyun öncəsi də bu qarşılaşmaya yaxşı köklənməyə çalışırıq. Yəni nə rəqibdən qorxmaq, nə də onu qiymətləndirməmək lazımdı. Onların heyətində xüsusi olaraq Ceyhun Sultanovun oyununu qeyd edərdim. Ötən oyunda qırmızı vərəqə aldığından, o, bizimlə matçda forma geyə bilməyəcək. Prinsipcə, bu, əlbəttə bizim üçün üstünlükdü. Amma xüsusi hansısa əhəmiyyət daşımır”.