24 sentyabr 2011 16:08
Mirhüseyn Seyidov: Elvin Əliyev məndən üzr istəməlidi
“Neftçi”nin yarımmüdafiəçisi Mirhüseyn Seyidov Premyer Liqanın 7-ci turunun “Bakı” ilə oyunundan sonra döyülən və baş verənlərdə onu ittiham edən Elvin Əliyevlə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Oyunun gedişində bizim aramızda münaqişə oldu. Mübahisə etdik, bir-birimizə heç də xoş olmayan sözlər dedik. Elvin məni təxribata çəkmək istəyirdi ki, qırmızı vərəqə alım. Etiraf edirəm ki, Əliyevə çox hirslənmişdim. Amma “Bakı” rəhbərliyinin ünvanına heç bir söz işlətməmişəm. Oyundan sonra baş verənlərin isə mənimlə heç bir əlaqəsi yoxdu. Mən komanda ilə birgə stadionu tərk etmişdim və onu kimin vurduğunu da bilmirəm. Təbii ki, hər şeyin belə alınması çox pis oldu. Amma mən Əliyevdən mənim ünvanıma işlətdiyi xoşagəlməz sözlərə görə üzr istəməsini gözləyirəm”.