24 sentyabr 2011 18:07
Sergey Yuran: Nəticə məni qane etdi
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 7-ci turunun “Sumqayıt Şəhər” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun çalışdırıcısı 1:0 hesabı ilə qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Oyunun nəticəsi məni qane etdi. Gərgin oyun oldu. Zaqatalada stadionun ot örtüyü sünidi, burada isə təbii otdu. Süni ot örtüyündən qazona keçmək çox çətindi. Bəzi problemlərimiz var. Amma çalışırıq ki, bu problemləri aradan qaldıraq. İndi qarşımızda duran əsas məqsəd odur ki, “Neftçi”yə qarşı yaxşı oynayaq. Daha sonra yaranacaq fasilədən istifadə edib bəzi problemlərimizi aradan qaldırmağa çalışacağıq”.
