24 sentyabr 2011 18:14
Bernard Raab: Simurqa qalib gələ bilərdik
“Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab Premyer Liqanın 7-ci turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Sumqayıt klubunun almaniyalı çalışdırıcısı 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“İstədiyimiz nəticəni əldə edə bilmədik. “Simurq”un çox boşluqları vardı, lakin biz bundan yaralana bilmədik. Taktiki dəyişikliklər də etdik, ancaq yenə alınmadı. “Simurq”a qalib gələ bilərdik. Biz özümüz də başa düşürük ki, problemimiz var”.
