24 sentyabr 2011 21:17
Qurban Qurbanov: Vərəqələrin çox olmasından narazı qaldım
“Qarabağ”nin baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 7-ci turunun AZAL ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 3:1 hesabı ilə qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Maraqlı oyun alındı, qələbə bizə çox lazım idi. Komandada psixoloji gərginlik var idi. Ona görə də bu oyunda qələbə qazanmaq istəyirdik. Qalib gəldiyimiz üçün çox şadam. Vərəqələrin çox olmasından narazı qaldım. Bilirəm ki, vərəqələrin çoxluğu komandanın son günlər yaşadığı psixoloji gərginliklə əlaqədardı. Bununla belə, bu vərəqələrin sayını azaltmaq lazımdı”.
