24 sentyabr 2011 21:20
“Qarabağ sübut etdi ki, bizdə müdafiə xətti yoxdu”
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 7-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:3 hesabı ilə məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Oyunumuz alınmadı. Ən çox müdafiədən narazı qaldım. “Qarabağ" bu gün sübut etdi ki, bizdə müdafiə xətti yoxdu. Nə qədər çalışsam da, bu səhvləri aradan qaldıra bilmirəm. “Qarabağ”ı qələbə münasibəti ilə təbrik edirəm. Qış transfer dövründə yeni futbolçular alınmalıdır. Oyundan öncə futbolçularla söhbətim oldu. Onlara bildirdim ki, sizinlə oynamaqdansa, əvəzedici heyətin oyunçuları ilə mübarizə aparmaq daha yaxşıdı. Gənc oyunçulara şans versəm daha yaxşı olar”.
