24 sentyabr 2011 21:47
Mehman Allahverdiyev: Bu gün hər iki komanda xal itirdi
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 7-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:0 hesabı ilə başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Hesab oyuna görə oldu. “İnter” hər oyunda daha yaxşı oynayır. Hər iki komanda bu gün xal itirdi, müxtəlif taktikalarla oynadıq. Oyun olduqca maraqlı alındı. Daha çox əks-hücumlara üstünlük verdik. Qalib gələ bilmədiyimiz üçün təəssüflənirəm”.
