25 sentyabr 2011 00:03

Qarabağ özünə gəldi, İnterin qeyri-sabit çıxışına davam

Premyer Liqada daha bir tur arxada qaldı. Azerisport.az xəbər verir ki, daha prinsipial görüşləri ilk oyun günündə keçirilən turun son günündə də 3 qarşılaşma baş tutdu.
 
Son oyun gününün ən çox diqqət çəkən məqamı şübhəsiz ki, “İnter”in doğma meydanda üzləşdiyi xal itkisi oldu. Bu komanda qələbə qazanacağı halda ikinci pilləyə yüksəlmək şansına malik olsa da, yararlana bilmədi. Ötən tur səfərdə autsayder “Simurq”a məğlub olan “Kəpəz”dən isə növbəti sensasiya gözləməyə dəyərdi. Ən azı ona görə ki, bu mövsüm AZAL və “Bakı”nı məğlub etməyi bacaran gəncəli futbolçular özləri də güclü komandalarla oyunlara daha yaxşı kökləndiklərini gizlətmirlər.
 
Bu dəfə də elə oldu. Hətta aparıcı oyunçusu Ceyhun Sultanovun yoxluğuna baxmayaraq, Mehman Allahverdiyevin yetirmələri “İnter”ə qarşı səfərdə sona kimi mübarizə aparmağı bacardılar. Düzdü, liderlər qrupundan aralanmamaq üçün mütləq qələbə qazanmalı olan “bankirlər” bunun üçün çox çalışdılar. Lakin rəqib müdafiəsini yarmaq paytaxt klubuna heç vəchlə qismət olmadı. Qazanılan 1 xal isə paytaxt klubunun sadəcə “Bakı” və “Qəbələ” ilə birgə 3-cü pilləyə şərik olmasına şərait yaratdı.
 
Turun daha bir maraqlı görüşü “Qarabağ”la AZAL arasında baş tutub. “Təyyarəçilər” doğma meydanda keçirilən qarşılaşmada qələbə qazanmaqla uğursuz oyunlar seriyasına son qoymağı hədəfləmişdilər. Lakin Ağdam klubu da Şüvəlana yalnız qələbə üçün getmişdi. Çünki son oyunlarda 2 məğlubiyyət, bir heç-heçəyə imza atan Qurban Qurbanovun komandasının bu görüşdə 3 xal qazanmaqdan başqa çıxış yolu yox idi.
 
Qarşılaşmada hesabı meydan sahiblərinin açması “Qarabağ”ın bu dəfə də qələbə qazanmayacağına dair fikirlər yarada bilərdi. Amma “təyyarəçilər”in bu erkən qolu Ağdam təmsilçisini həvəsdən salmadı. Az sonra meydan sahibləri daha bir qol vurdular. Lakin bu dəfəki qol qonaq komandanı sevindi. Arsenyeviçin avtoqolundan bir qədər sonra gürcü yarımmüdafiəçi Georgi Adamiya komandasını hesabda önə keçirdi. Fasilədən sonra daha bir qola imza atan Adamiya görüşün yekun nəticəsini müəyyənləşdirməklə, qarşılaşmanın əsas qəhrəmanlarından biri oldu. Amma eyni zamanda son dəqiqələrdə aldığı qırmızı vərəqə ilə həm də antiqəhrəmana çevrilmiş oldu.
 
Turun daha bir matçında isə autsayderlər qarşılaşırdılar. Elitanın qələbəyə həsrət qalan yeganə komandası – “Sumqayıt Şəhər” doğma meydanda qəbul etdiyi “Simurq”la oyunda bu həsrətinə son qoymağı hədəfləyirdi. Lakin ötən tur ilk qələbəsini bayram edən Zaqatala klubu da son pillədə qərarlaşan autsayder-debütantla oyuna 3 xal üçün çıxmışdı. Onlar bu istəklərini elə 10-cu dəqiqədə vurduqları qolla isbatlamış oldular. Qalan dəqiqələrdə sumqayıtlılar çox çalışsalar da, matçda dönüş yarada bilmədilər. Zaqatala klubu isə növbəti qol üçün xeyli şanslar qazanmasına rəğmən, 3 xalı elə 1 qolla qazandı.
 
Premyer Liqa
7-ci tur
 
Sumqayıt Şəhər - Simurq - 0:1
Qol: Robertas Poşkus, 10.
Vərəqələr: Kamil Nurəhmədov, 40 (kobud oyun), Eldar Məmmədov, 90 (idmançıya yaraşmayan hərəkət) - Əli Bağırov, 90 (idmançıya yaraşmayan hərəkət), Adnan Hodziç, 90+5 (vaxtı uzatmaq) – sarı.
Hakimlər: Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Əziz Əliyev.
Hakim-inspektor: Akif Məmmədov.
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 5 dəq.
24 sentyabr 2011. Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 500 tamaşaçı.
Sumqayıt Şəhər: 55. Andrey Popoviç, 22. Ruslan Tağızadə, 2. Slavik Alxasov, 52. Bədavi Hüseynov, 4. Samir Abasov (k), 20. Timur İsrafilov (27. Ramil Həşimzadə, 65), 11. Kamil Nurəhmədov (90. Eldar Məmmədov, 46), 19. Orxan Əliyev, 21. Murad Səttarlı, 8. Emin Mustafayev (10. Eşqin Quliyev, dəq.73), 7. Mahmud Qurbanov.
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 16. Hacı Əhmədov, 18. Aslan Kərimov, 50. Samir Abdulov.
Baş məşqçi: Bernard Raab.
Simurq: 32. Adnan Hodziç, 3. Rasim Ramaldanov (k), 4. Vasili Yanotovski, 8. Qərib İbrahimov (21. Kristap Qrebis, 68), 10. Tofiq Mikayılov, 11. Robertas Poşkus, 13. Aleksandr Şemonayev, 17. Rüstəm Məmmədov, 14. Andrey Rubin (9. Əli Bağırov, 61), 28. Yevgeni Şmakov (6. Mikayıl Rəhimov, 57), 79. Vidas Alunderis.
Ehtiyat oyunçular:  1. Fuad Əhmədov, 15. Anar Həsənli, 27. Ramil Sayadov, 29. Samir Quliyev.
Baş məşqçi: Sergey Yuran.
 
AZAL - Qarabağ - 1:3
Qollar: G.Boqyu, 3 (1:0), B.Arsenyeviç, 15-öz qapısına (1:1), G.Adamiya, 21 (1:2), G.Adamiya, 77 (1:3).
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Elşən Acalov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Vərəqələr: Mindauqas Daunoraviçius, 41 (rəqibi əllə tutduğuna görə), Mansur Limani, 68 (hakimə etiraz), Usim Nduka, 89 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) - Namiq Yusifov, 29 (rəqibi əllə tutduğuna görə), Georgi Adamiya, 41 (qeyri-idman hərəkəti); 82 (simulyasiya), Leonardo Roşa, 43 (fitdən sonra zərbə), Rəşad Sadıqov, 50 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) – sarı, Georgi Adamiya, 82 (simulyasiya) – qırmızı.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
24 sentyabr 2011. Bakı. "AZAL Arena" stadionu. 1100 tamaşaçı.
AZAL: 12. Cahangir Həsənzadə (k), 2. Robert Petrov (7. Tərlan Xəlilov, 25), 3. Usim Nduka, 6. Mindauqas Daunoraviçius, 16. Bronislav Arsenyeviç (23. Tales Şütz, 59), 11. Zohair Benouahi, 17. Viktor İbekoyi, 8. Elşən Məmmədov, 15. Georgi Boqyu (25. Kristian Ruis, 72), 10. Nuqzar Kvirtiya, 20. Mansur Limani.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 19. Hüseyn Axundov, 9. Vüsal Qarayev, 4. Namiq Abdullazadə.
Baş məşqçi: Elxan Abdullayev.
Qarabağ: 99. Boyan Pavloviç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k) (23. Tural İsgəndərov, 90), 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (18. İlqar Qurbanov, 78), 24. Admir Teli, 25. Ansi Aqolli, 77. Georgi Adamiya, 88. Leonardo Roşa (9. Bəxtiyar Soltanov, 90).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 16. Kamil Hüseynov, 20. Nderim Nedzipi.
Baş məşqçi: Qurban Qurbanov.
 
İnter - Kəpəz - 0:0
Vərəqələr: Petar Zlatinov, 40 (qeyri-idman hərəkəti); Şəhriyar Rəhimov, 42 (rəqibə badalaq vurduğuna görə) // Junivan Suares, 40 (qeyri-idman hərəkəti); Şahin Kərimov, 87 (rəqibə badalaq vurduğuna görə) – sarı.
Hakimlər: Rəhim Həsənov, Aleksandr Musatkin, Knyaz Əmiraslanov, Fariz Yusifov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
24 sentyabr 2011. Saat 19:00. "Şəfa" stadionu. 1000 tamaşaçı.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 6. Samir Zərgərov (8. Nizami Hacıyev, 66), 7. Ruslan Poladov, 11. Asif Məmmədov, 13. Bronislav Çervenka, 14. Petar Zlatinov (28. Baçana Sxadadze, 75), 15. Vladimir Levin (k), 18. İlia Kandelaki (21. Arif Daşdəmirov, 55), 20. Girt Karlson, 23. Şəhriyar Rəhimov.
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 9. Enyo Krastovçev, 10. Asif Mirili, 16. Elnur Abdulov.
Baş məşqçi: Kaxaber Sxadadze.
Kəpəz: 22. Konstantin Kolesnikov, 4. Azər Məmmədov, 5. Muammer Ərdoğdu, 8. Armand Feutçine, 14. Dmitri Parxaçov (11. Sabir Allahquliyev, 85), 15. Şahin Kərimov, 23. Junivan Suares, 25. Anton Qay (17. Renat Sultanov, 90+3), 28. Milan Antiç, 30. Yuri Fomenko, 34. Cavad Mirzəyev.
Ehtiyat oyunçular: 1. Tural Abbaszadə, 7. Asəf Qədiri, 9. Xəyal Qarayev, 19. Zaur Əsədov, 27. Pərvin Paşayev.
Baş məşqçi: Mehman Allahverdiyev.
 
Qeyd edək ki, turun digər görüşləri ilk oyun günündə keçirilmişdi: Turan - Rəvan - 0:1, Neftçi – Bakı - 1:0, Xəzər Lənkəran - Qəbələ - 2:1.
 
 
1
XL
7
6
1
0
13-4
19
2
Neftçi
6
4
0
2
9-4
12
3
Bakı
7
3
2
2
8-6
11
4
Qəbələ
7
3
2
2
7-7
11
5
İnter
7
3
2
2
5-5
11
6
Qarabağ
6
3
1
2
6-4
10
7
Kəpəz
7
3
1
3
13-12
10
8
AZAL
7
2
2
3
10-12
8
9
Simurq
7
2
2
3
6-8
8
10
Rəvan
7
1
3
3
7-9
6
11
Turan
7
2
0
5
6-10
6
12
SŞ
7
0
2
5
2-11
2
 
Bombardirlər:
4 qol - Sergey Artyux (Turan), Yuri Fomenko (Kəpəz).
3 qol - Ceyhun Sultanov (Kəpəz), Emeka Opara (Xəzər Lənkəran), Bahodir Nasimov (Neftçi).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.