24 sentyabr 2011 11:35

Antonio Semedo: XL-la ilk mövsümümdəcə titul qazanmaq istəyirəm

“Xəzər Lənkəran”ın hücumçusu Antonio Semedo Premyer Liqanın 7-ci turunun “Qəbələ” ilə oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- “Qəbələ” ilə oyununuzu necə qiymətləndirərdiz?
- Biz bu qələbəyə layiq idik. İlk 15 dəqiqədə biz sadəcə, özümüzə bənzəmirdik. Amma sonradan üstünlüyü öz əlimizə keçirdik və göztərdik ki, meydan sahibi kimdi. Oyun çox çətin keçdi. “Qəbələ”nin yaxşı heyəti var. 3 xalı bizə çox çətinliklə verdilər. Biz çox çalışdıq ki, ikinci qolu da vuraq. Qonaqlar bizə imkan verməməyə çalışsalar da, ikinci hissədə istəyimizə çatdıq. Azarkeşlərimizə də dəstəyə görə minnətdaram. Bu qələbə turnir cədvəlindəki mövqeyimizi daha da möhkəmləndirməyə kömək etdi.
 
- Amma “Qəbələ” də pis oyun sərgiləmədi. Siz bu komanda barədə nə deyərdiz?
- “Qəbələ” ingilis futboluna üstünlük verir. Uzun ötürmələrdən istifadə edirdilər, hansı ki, bu yolla qapımız qarşısında ciddi təhlükə yaradırdılar. Həqiqətən, rəqibimiz ən güclülərdən biriydi. Hətta iki buraxılan qoldan sonra da onlar hücumlarını davam etdirirdilər.
 
- Bu oyundakı ilk qolun müəllifi də siz oldunuz...
- Şadam ki, qol vura bildim. Amma kimin fərqlənməsi o qədər də vacib deyil. Əsas komandamızın qələbəsi idi. Aydın məsələdi ki, qoldan sonra komandanın özünə əminliyi daha da artdı. Amma biz sona kimi oyuna nəzarəti əldən vermək istəmirdik. “Qəbələ”nin qapıçısını da xüsusi qeyd etmək istərdim. O, çox yaxşı oynadı. Komandasını bir neçə epizodda qoldan xilas etdi.
 
- Digər oyunda əsas rəqiblərinizdən olan “Neftçi” də “Bakı”nı qəbul edirdi. Bu oyunla maraqlanırdız?
- Bizim üçün öz oyunumuz maraqlıdı. Əlbəttə, əgər “Neftçi” xal itirsəydi, fərq daha da böyüyərdi. Amma istənilən halda “Xəzər Lənkəran” liderliyini sürdürür. Biz hələlik çempionatda məğlub olmayan yeganə komandayıq. Bu seriyanı davam etdirmək istəyirik. Buna görə də hər oyuna qələbə üçün çıxırıq.
 
- Növbəti turda “İnter”lə qarşılaşacaqsız. Bu komanda barədə nə bilirsiz?
- “İnter” barədə məndə informasiya yoxdu. Axı bu, mənim Azərbaycanda debüt mövsümümdü. Yəqin ki, baş məçqçimiz rəqibin oyununu analiz edib, bizə tapşırıqlarını verəcək. Hesab edirəm ki, “Xəzər Lənkəran”ın çempionluq üçün əla potensialı var. “İnter”lə oyunda da meydana ancaq 3 xal üçün çıxacağıq. Qələbəni layiqli oyunla qazanmaq istəyirik. İlk dövrəni lider kimi bitirməliyik.
 
- “Xəzər Lənkəran” haqda nə deyərdiniz?
- Bizdə çox yaxşı şərait mövcuddu. Bizdə həm legionerlər, həm də yerlilər çox yüksək səviyyəli oyunçulardı. Lənkəranda hamı ancaq çempionluqdan danışır. Bu komanda böyük qələbələrə layiqdi. Ev oyunlarında xüsusi atmosfer hiss edirik. Buna görə də biz öz oyunumuzu daha da yaxşılaşdırmağa borcluyuq. XL-la ilk mövsümümdə titul qazanmağı çox istəyirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.